Ayətullah Seyyid Məhəmməd Lənkərani 1898-ci ildə Nəcəfdə anadan olub. O, dövrünün görkəmli alimi və böyük fəqihlərindəndir. Atası Ayətullah Ağa Seyyid Lənkərani də öz əsrinin adlı-sanlı alimlərindən idi.
Seyyid Məhəmməd orta və ali təhsilini Nəcəfdə, elm ocağının məşhur alimlərindən alır. Bundan sonra o, Hacı Mirzə Əli İrəvani, Mirzə Hüseyn Haini, Şeyx Məhəmməd Hüseyn İsfahani, Şeyx Əbdül-Hüseyn Rəşti və Ağa Hüseyn Qumi kimi məşhur alimlərdən üsul və fiqh dərslərini öyrənir. Ayətullah yüksək dərəcədə elmi məqama nail olur.
Ayətullah Seyyid Məhəmməd Lənkərani Nəcəfi 1984-cü ildə vəfat edib və Nəcəf şəhərində dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.