Avstraliya parlamentinin ilk hicablı deputatı hicablı qadınlara dəstək göstərib. Bu barədə Shafaqna-ya istinadən Sirat.az xəbər verib.

27 yaşlı Fatimə Peyman parlament üzvləri qarşısında ilk dəfə çıxış edərək deyib: “Yüz il öncə və hətta 10 il öncə hicablı bir qadının parlamentə seçiləcəyini təsəvvür etmək olardımı?“.

Daha sonra deputat siyasi karyeraya aparan yolu haqqında danışıb və hicablı qadınlara dəstək verərək əlavə edib: “Mən istəyirəm ki, hicab taxmaq qərarına gəlmiş gənc qızlar bunu qürurla və onların buna hüquqlarının olduğunu bilərək etsinlər“.

Fatimə Peyman 1995-ci ildə Əfqanıstanda anadan olub. Avstraliyaya isə o, ailəsi ilə birlikdə 2003-cü ildə köçüb.