İyulun 28-də V İslam Həmrəylik Oyunlarını yayımlayacaq kanalların adı bəlli olub. Bunlar “İdman” və “İctimai” telekanallarıdır. Bu barədə Report-a istinadən Sirat.az xəbər verib.
Məlumata görə, Türkiyənin Konya şəhərində keçiriləcək yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq. Avqustun 18-də isə bağlanış mərasimi keçiriləcək.