Misirdə “fast-food”ların tərkibində donuz, it və eşşək əti aşkar edilib. Baş verənlər yerli əhali arasında müzakirələrə səbəb olub. Bu barədə iyulun 29-da moderator.az-a istinadən Sirat.az xəbər verib.
Məlumata görə, Qahirə Universiteti tərəfindən ölkədə gündəlik yeyilən şaurma, hot-doq və bəzi ət məhsullarının tərkibində haram heyvan ətinin olduğu aşkar edilib.
Bildirilib ki, təqdiqatçılar müxtəlif yerlərdən 60 ət nümunəsi toplayaraq onları analiz ediblər. Nəticədə ən çox saxtalaşdırılan məhsullar sırasında şaurma, hamburger və hot-doqun olduğu məlum olub.
Yanvarın 10-da Sirat.az tərəfindən Azərbaycanda halal “fast-food” barədə məqalə dərc olunub.