Məhərrəm ayı İmam Hüseynin (ə.s) qətli ilə əlaqədar matəm ayı hesab edilir. İmam Rzadan (ə.s) nəql edilir: “O zaman ki, məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Azərbaycanda məhərrəm ayı iyulun 29-u şam azanından sonra daxil olur. Belə ki, məhərrəm ayının birinci gününün bəzi müstəhəb əməlləri var.
Bu gündə oruc tutmaq bəyənilir. Peyğəmbər (s) buyurub: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər”.
Namaz qılmaq. İbni Tavus “İqbal” kitabında bu gecənin namazları haqda qeydlər mövcuddur: “1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur. 2. İki rükət namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar. 3. İki rükət namazdır ki, hər bir rükətində “Həmd”dən sonra 11 dəfə “Tövhid” surəsi oxunar.”
Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O, bütün il boyu, xeyir iş görmüş kəs kimi olar. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.