Bu gün, iyulun 29-da QMİ Qazılar Şurası məhərrəm ayı ilə bağlı din xadimlərinə tapşırıqlar verib. Bu barədə QMİ-yə istinadən Sirat.az xəbər verib.
Bildirilib ki, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun keçirilməlidir. Bu tövsiyə Azərbaycanın bölgələrindəki din xadimləri tərəfindən əhaliyə çatdırılmalıdır. Qazılar və səlahiyyətli şəxslər isə görülən işlər barədə QMİ-yə hesabat verməlidirlər.
Bundan əlavə, Qazılar Şurası tərəfindən mərasimlərin keçirilmə tələbləri də qeyd edilib. Ayinlər zamanı bədənə xəsarət yetiməyin və qan çıxarmağın şəriətə görə icazəli olmadığı bildirilib.
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məhərrəm ayı ilə bağlı müşavirə keçirilib. İclasda mərasimlərin xurafat elementləri olmadan baş tutmasının zəruriliyi müzakirə edilib.