Bakı şəhərindəki Abu Bəkr məscidinin adı dəyişdirildi. Artıq ibadətgah Cümə məscidi adı ilə fəaliyyət göstərəcək. Bu barədə Report-a istinadən Sirat.az xəbər verib.
Məlumata görə, hazırda məsciddə bərpa-gücləndirmə işləri aparılır. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil. Təmir bitdikdən sonra isə ibadətgah yeni adla fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Abu Bəkr məscidinin bərpası üçün 3 milyon manata yaxın vəsait ayrılıb.