Səudiyyə Ərəbistanında ölkə vətəndaşlarının və krallıqda daimi yaşayan əcnəbilərin ümrə ziyarətinə xaricdən qonaq dəvət etmək hüququ ləğv edilib. Bu barədə iyulun 28-də GulfNews-a istinadən Sirat.az xəbər verib.
Ölkənin Həcc və Ümrə Nazirliyindən bildirilib ki, sözügedən layihə bir daha həyata keçirilməyəcək. Layihənin ləğv edilmə səbəbi isə açıqlanmayıb.
Təxminən üç ildir ki, nazirlik yerli sakinlərə əcnəbi qonaqlar üçün Ümrə dəvəti göndərmək fürsəti yaratmışdır. Bu dəvətlə xarici ölkələrdən Səudiyyə Ərəbistanına gələn zəvvarlar fərdi şəkildə ziyarətlərini yerinə yetirə bilirdi. Lakin artıq onlar rəsmi qaydada icazə alıb Ümrəyə gələ bilərlər.
Qeyd edək ki, Ümrə mövsümü iyulun 30-da başlayır. Hazırda ölkədə zəvvarların qəbulu üçün zəruri tədbirlər görülür.