Avqustun 2-də Azərbaycanda məscid və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə başlayacaq. Bu barədə DQİDK-yə istinadən Sirat.az xəbər verib.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında, Bakı şəhəri, Məhəmməd Naxçıvani küçəsi, 29 ünvanında baş tutacaq. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat alacaqlar.

Qeyd edək ki, mayın 24-də 39 ibadət İslam dininə aid ibadət məkanına vakant vəzifələr elan olunub. Mayın 24-dən iyunun 24-dək isə vakant vəzifələrə sənəd qəbulu aparılıb. Qeyd olunan müddət ərzində Dövlət Komitəsinə 270 namizəd müraciət ünvanlayıb.