Kərbəlada ehtiyaclı ailələr üçün yardım aksiyası keçirilib. Bu barədə iyulun 28-də shiawaves– a istinadən Sirat.az xəbər verib.
Məlumata görə, imkansız ailələr onlara verilmiş xüsusi kart vasitəsilə ödənişsiz qida paketləri əldə ediblər. Aksiyada 130-dan çox ailənin iştirak etdiyi bildirilib.
Kampaniya Ayətullah Sadiq Şirazinin dəstəyi ilə Misbah Əl-Hüseyn Vəqfi tərəfindən həyata keçirilib.