Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəmində İmam Cavad (ə.s) adına zirzəmi inşa edilib. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az məlumat verib.

Bildirilir ki, zirzəminin uzunluğu 1000 metr təşkil edir. Orada aparılan işlər artıq başa çatıb. Zirzəminin inşasının məqsədi hərəmin ziyarətçilərinə daha yaxşı xidmət göstərməkdir.

Qeyd edək ki, hərəmdə, həmçinin daha dörd layihənin açılışı olub. Bunlar orada aparılan abadlaşdırma, möhkəmləndirilmə, bəzədilmə işləri ilə bağlıdır.