Bu gün, iyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) məhərrəm ayı ilə bağlı müşavirə keçirilib. Bu barədə scwra.gov.az-a istinadən Sirat.az xəbər verib.
İclasda Komitənin sədri Mübariz Qurbanlı məhərrəm ayının başlaması ilə qurumun üzərinə düşən vəzifələrdən danışıb. Onun sözlərinə görə, matəm məclisləri QMİ-nin verəcəyi fətvanın tələblərinə uyğun təşkil olunmalıdır. Belə ki, mərasimlər xurafat elementləri olmadan baş tutmalıdır.
Bundan öncə, iyulun 27-də də DQİDK məhərrəm ayı ilə əlaqədar müşavirə keçirib. Tədbirdə gənclərin üzərinə dini, milli-mənəvi dəyərləri düzgün öyrənmək və təbliğ etmək kimi bir vəzifənin düşdüyü vurğulanıb.
Qeyd edək ki, məhərəm ayı iyulun 30-da daxil olacaq.