İyulun 27-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məhərrəm ayının keçirilməsi mövzusu müzakirə edilib. Bu barədə scwra.gov.az-a istinadən Sirat.az xəbər verib.

Məlumata görə, dünən Komitə tərəfindən Bakı və Saatlıda tədbirlər keçirilib. Aparılan müzakirələrdə qarşıdan gələn məhərrəm ayı tədbirlərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin gənclərin üzərinə dini, milli-mənəvi dəyərləri düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib.

Keçirilən tədbirlərdə İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri və icma sədrləri iştirak ediblər.

Qeyd edək ki, məhərrəm ayının ilk günü iyulun 30-na təsadüf edir.