Hindistanın Mumbay şəhərində Əhli Beyt (ə.s) adına məscidin açılışı gözlənilir. Bu barədə iyulun 26-da shiawaves-a istinadən Sirat.az xəbər verib.
Yeni ibadətgah “Heydəri məscidi” adlandırılır. Məlumata görə, bura Muğal və Xoca məscidindən sonra ölkədə ən çox ziyarət olunan məscidə çevriləcək. Belə ki, burada ibadət zalı, tələbələr üçün tədris otaqları, ikinci mərtəbədə isə qadınlar üçün ibadət zalı var.
İbadətgaha verilən ianələrin onun xərclərini ödəmək üçün istifadə olunacağı bildirilib.
Məscidin idarə heyətinin rəhbəri ibadətgahın günbəzinin hind və fars üslubunda tikildiyini qeyd edib. İbadətgahın dizaynında, həmçinin oyma bəzəklər, parlaq mavi rənglər və güllərdən istifadə olunub.
Ötən ilin oktyabrında Hindistanın Pəncab şəhərində hindular müsəlmanlar üçün məscid inşa etdiriblər. Buna səbəb isə yerli sakinlərin kənd müsəlmanlarının da ibadət evinin olmasını istəməsidir.