Azərbaycan “İslam səkkizliyi”nə (D-8) üzv olmaq üçün müraciət edib. Bu barədə iyulun 27-də Report.az-a istinadən Sirat.az xəbər verib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təşkilatın daha da möhkəmləndirilməsi üçün müzakirələrin aparıldığını bildirib. “Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik”, – deyə nazir əlavə edib.
D-8 təşkilatı Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda qurulub. Türkiyədən əlavə, təşkilata İran, Banqladeş, İndoneziya, Malayziya, Misir, Nigeriya və Pakistan üzv olub. Hazırda təşkilata Banqladeş sədrlik edir.