Ümrə Həccinin yeni mövsümündə 10 milyondan çox zəvvarın Məkkə və Mədinəyə səfər edəcəyi gözlənilir. Bu barədə İQNA-ya istinadən Sirat.az xəbər verib.

Həcc və Ümrə Nazirliyi Ümrədə zəvvarlara xidmət edəcək şirkətləri artıq müəyyən edib. Sözügedən şirkətlər hava limanlarında zəvvarları qəbul edib, Məkkə və Mədinə şəhərləri daxilində onların səfərini izləyəcəklər.

Qeyd edək ki, Ümrə mövsümü məhərrəm ayının 1-də başlayacaq. Həmin gündən etibarən zəvvarlar üçün bəzi xidmətlər aktivləşdiriləcək.