İyulun 24-ü Pakistanın şiə alimi Höccətul-İslam vəl-müslimin Seyid Həmid Əli Şah əl-Musəvi 82 yaşında dünyasını dəyişdi. Bu barədə Shiawaves-ə istinadən Sirat.az xəbər verib.

Bildirilib ki, alim xroniki xəstəlikdən əziyyət çəkirdi və İslamabadın xəstəxanasında müalicə alırdı.

Əl-Musəvi İmam Museyi-Kazimin (ə.s) nəslindəndir. O, Pakistanın ən məşhur şiə dini liderlərindən biri idi. Alim Məhərrəm ayinlərinin dirçəldilməsinin müdafiəsində mövqeləri ilə tanınırdı.