Məscidul-Həramda Quranla üns məclislərinin yaradılması üzrə yay proqramı başlayıb. Bu barədə iyulun 26-sı İQNA-ya istinadən Sirat.az xəbər verib.

Bu proqram özündə qiraət bacarıqlarının gücləndirilməsi, eləcə də Quranın əzbərlənməsi ilə bağlı dərsləri əks etdirir. Proqramın müddəti 35 gün təşkil edir. Lakin istəyənlər kursun müddətini uzada bilərlər.