Əllamə seyyid Muhəmməd Maştağai Badkubeyi 1885-ci ildə İraqın Samirra şəhərində dünyaya gəlib. Buna səbəb onun atası alim Mir Əbdül-Qəninin o zamanlar Samirra şəhərinə səfər etməsi idi.
Seyyid Muhəmməd Badkubeyi ibtidai dini təhsilini atasından və Samirra hövzəsinin böyük alimlərdən alıb. Təhsilini davam etdirmək məqsədi ilə o, İraqın Nəcəfi-Əşrəf şəhərinə köçüb. Orada 15 il müddətində Molla Kazim Xorasani, Seyyid Kazim Təbatəbai Yəzdi və Məhəmməd Hüseyn Nainidən təhsil alıb.
1920-ci ildə alim ata yurduna, Maştağaya dönərək, orada dini fəaliyyətinə başlayıb. Sonralar o, Bakı Cümə məscidinin imam camaatı vəzifəsində çalışıb və insanlara İslam dinini təbliğ edib.
Sovet hakimiyyətinin din alimlərinə qarşı repressiyaları zamanı 1931-ci ildə Seyyid Muhəmməd Badkubeyi Şeyx Əbdül-Qəni Badkubeyi ilə birlikdə həbs edilib. Zindanda İslamın təbliğinə görə 1932-ci ildə hər ikisi şəhid edilib. Onun harada və necə dəfn olunması barədə məlumat yoxdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- aypara.tv