Məhərrəm ayı ilə əlaqədar mərasimlərini qeyd etmək üçün İrandan İraqa səfər etməyi planlaşdıran zəvvarlar bunu quru yollarla edə biləcəklər. Bu barədə Tasnim-ə istinadən Sirat.az xəbər verib.
Məlumata görə, əzadarların quru sərhəd keçid məntəqələrindən təkbaşına və ya qrup şəklində keçmələrinə imkan yaradılıb. Lakin İraqa səfər edən ziyarətçilərdə koronavirus əleyhinə peyvəndin olması mütləqdir.
Bundan əlavə, İraq hökuməti Ərbəin ziyarətinə gələn zəvvarlar üçün viza rejimini ləğv edib.
Bu il məhərrəm ayı iyulun 30-da daxil olacaq. Azərbaycandan İraqa səfər edənlər bunu yalnız təyyarə ilə edə bilərlər. Belə ki, karantin qaydalarına əsasən, ölkədə quru sərhədlər bağlı olaraq qalmaqdadır. Təyyarə ilə ziyarət qiyməti isə 700-1000 ABŞ dolları (1200-1700 AZN) civarında dəyişir.