İyulun 30-da müqəddəs Kəbə evinin örtüyü dəyişdiriləcək. Buna səbəb isə vacib Həcc mövsümünün bitməsidir. Bu barədə iyulun 26-da shiawaves-ə istinadən Sirat.az xəbər verib.

Məlumata görə, yeni kisvanın (örtük) salınmasında 166 nəfər texniki işçi iştirak edəcək.

Hər il Həcc mövsümündə Kəbə evi üçün yeni kisva hazırlanır. Onun hazırlanmasında 670 kiloqram ipək parça, 150 kiloqram qızıl və gümüş sapdan istifadə olunur.