Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin ofisi 2022-ci ilin məhərrəm ayının təqvimini açıqlayıb. Təqvimə əsasən, məhərrəm ayının ilk günü iyulun 30-na təsadüf edir. Bu barədə iyulun 26-da alimin rəsmi saytına istinadən, Sirat.az xəbər verib.

Məlumata görə, fəqihin ofisi 1444-cü hicri ilinin (2022-2023) təqvimini bölüşüb. Buna əsasən, səfər ayının 20-si (Ərbəin günü) sentyabrın 17-nə təsadüf edir.

Artıq məhərrəm ayının gəlişi ilə İraqda hazırlıq işlərinə başlanılıb. Hər il olduğu kimi, bu il də ənənəvi olaraq Nəcəfdən Kərbəlaya Ərbəin yürüşü keçiriləcək. Lakin quru sərhədlərin bağlı olmasına görə Azərbaycandan İraqa səfər yalnız hava yolu ilə mümkün olacaq.