İyulun 30-da məhərrəm ayı daxil olur. Sirat.az xəbər verir ki, artıq Azərbaycan məscidlərində əza məclislərinə hazırlıqlar gedir.

Paytaxt məscidlərindən üzərində İmam Hüseynin (ə.s) adı yazılmış bayraqlar asılır. İyul ayının 30-dan etibarən isə bir sıra məscidlərdə əza məclisləri təşkil olunacaq.

Məhərrəm ayının 9-da, yəni avqustun 7-si Tasua, avqustun 8-də isə Aşura günüdür. Səfər ayının 1-i 29 avqust tarixinə təsadüf edəcək. Sentyabrın 17-də isə İmamın (ə.s) şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunacaq.