İmam Hüseyn (ə.s) hərəmində beynəlxalq Quran müsabiqəsi təşkil olunub. Bu barədə iyulun 25-i Giperssilka-ya istinadən Sirat.az xəbər verib.
“Müqəddəs hərəm tərəfindən beynəlxalq quran müsabiqəsi təşkil olunub. Quranın qiraəti və hifzi barədə müsabiqə keçiriləcək. Müsabiqədə 7 beynəlxalq nümayəndə iştirak edəcək”, – deyə Quran media mərkəzinin rəhbəri Səfa Əl-Silavi bildirib.