Ötən gün, iyulun 24-də İmam Hüseyn (ə.s) hərəmi nəzdində fəaliyyət göstərən xəstəxana 5 saata mindən çox pasiyent qəbul edib. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verib.
Hərəm hamisi Şeyx Əbdülmehdinin sözlərinə görə, xəstəxana üç gün müddətində vətəndaşlara ödənişsiz xidmət göstərəcək. Pasiyentlərin müalicə xərclərini isə İmam Hüseyn (ə.s) hərəmi öz üzərinə götürüb.
Bu səbəbdən təqribən 1100 nəfər insan tibb mərkəzinə müraciət edib. Xəstələrə laboratoriya, stasionar müalicə və qanköçürmə kimi xidmətlər göstəriləcək. Həmçinin tibb mərkəzində talassemiya, leykoz və digər qan xəstəliklərinin müalicəsi aparılır.
Bu ilin yanvar ayında Nəcəf şəhərində İmam Əli (ə.s) zəvvarları üçün xəstəxana fəaliyyətə başlayıb. Yeni klinikanın ərsəyə gəlməsində İran Qızıl Aypara Cəmiyyəti rol oynayıb.