Höccətul İslam Hacı Şeyx Mirzə Məhəmməd Əli Ucarudi XVIII əsrin sonlarında Yardımlı rayonunda anadan olub. Azərbaycanın İranla sərhəd olan ərazilərinə “Ucarud” deyildiyindən, onu bu cür adlandırırlar.

O, ilk təhsilini Yardımlı rayonunun ruhanilərindən alır. Sonralar sovet hakimiyyətinin təzyiqlərinə dözməyərək, alim İranın Kermi kəndinə yollanır. Dini təhsilini davam etdirmək üçün Mirzə Məhəmməd Əli Ərdəbil şəhərinə yollanır. Sonra isə alim Məşhəd şəhərinə köçür.

Höccətul İslam Hacı Şeyx Mirzə Məhəmməd Əli Ucarudi İranın Tehran şəhərində vəfat edib və orada dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.