Avstraliyanın Sidney şəhərində məhərrəm ayının gəlişinə hazırlıq işləri görülür. Bu barədə iyulun 24-də shiawaves xəbər verib.
Şəhərin Əl-Yasin Hüseyniyyəsi tərəfindən matəm çadırları quraşdırılır. Hüseyniyyə rəhbərliyinin sözlərinə görə, məhərrəm və səfər aylarında bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Belə ki, ibadətgahda əza məclisləri keçiriləcək, çadırlarda isə ehsan süfrələri açılacaq.
Qeyd edək ki, Avstraliyada sözügedən tədbirlərin görülməsi Ayətullah Sadiq Şirazinin təşəbbüsü ilə həyata keçirilir.
Bu il məhərrəm ayı iyulun 30-da daxil olacaq.