Bu gün, iyulun 23-də QMİ sədri Allahşükür Paşazadə Gürcüstanın Cümə məscidini ziyarət edib. Bu barədə qafqazislam.com xəbər verib.

Allahşükür Paşazadəyə məscidin tarixi haqqında məlumat verilib. O, həmçinin ibadət evinin mövcud şəraiti ilə tanış olub. Daha sonra isə sədrin imaməti ilə camaat namazı qılınıb.

Namazdan sonra Şeyxülislama Qurani-Kərim və şəkil hədiyyə olunub. Sonda isə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, A.Paşazadə iyulun 21-dən Gürcüstada səfərdədir. Səfər bu gün, iyulun 23-də də davam edir. Artıq QMİ sədri ölkə başçısı, Baş nazir, II İliya və müsəlmanlarnan görüşlər keçirib.