İyulun 22-də Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və din sahələrində əlaqələrin inkişafı müzakirə edilib.
İyulun 22-də Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bundan əlavə, Gürcüstana səfəri çərçivəsində QMİ sədri Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub.