Avqustun 27-28 tarixlərində İngiltərədə Avropanın ən böyük halal qida festivalı keçiriləcək. Bu barədə ilovemanchester.com xəbər verib.
Məlumata görə, tədbir krallığın Mançester şəhərində baş tutacaq. Festivalın rəsmi xeyriyyə partnyoru “İslamic Relief UK” şirkətidir. Şirkət rəhbərinin sözlərinə görə, burada əyləncə yarmarkası, uşaq meydançası, həmçinin namaz qılmaq üçün yerlər fəaliyyət göstərəcək.
Məlumata görə, tədbirdə 100-dən çox eksponentin iştirakı gözlənilir.
Xatırladaq ki, Avropa ölkələrində mütəmadi olaraq halal qida festivalları keçirilir. Bu, İslam dini və onun mədəniyyətinin təbliğinə yardım edir. Azərbaycanda isə bu tip festivallar hələ təşkil olunmayıb.
Qeyd edək ki, İngiltərədə keçirilən festivalın tarixi məhərrəm ayına təsadüf edir.