İranın Ərdəbil şəhərində “Qafqaz və Azərbaycan alimləri” mövzusunda konfrans keçirilib. Bu barədə iyulun 23-də Giperssilka.ru xəbər verib.

Tədbir İncəsənət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Konfransda azərbaycanlı alim, Qum elmi hövzəsinin üzvü Hacı Eldar Əlihüseynzadə çıxış edib.

O, ilk növbədə Azərbaycanda İslam dininin və şiə məzhəbinin qədim tarixindən danışıb. Alim IXX-XX əsrlərin Azərbaycan üçün dini maarifin gücləndiyi mərhələ olduğunu qeyd edib. Lakin sovet hakimiyyətinin gəlişi ilə ölkədə İslam, xüsusilə də şiə təriqəti tənəzzülə uğrayıb. Belə ki, həmin dönəmdə alim və fəqihlər təqib olunur və qətlə yetirilirdilər.

Bütün bunlara baxmayaraq azərbaycanlı alimlər qanı bahasına olsa da dini bu günədək qoruyub saxlayıblar. Həmçinin alim bildirib ki, hazırda Azərbaycanda dini xalqımıza düzgün çatdırmaq üçün yetərincə savadlı din xadimləri var. Bunun isə müqəddəs Qum və Nəcəf elmi hövzələrinin töhfəsi olduğu qeyd edilib.