Şeyx Əbdurrəhman Bülbül Badkubeyi dövrünün alim və fəqihlərindən idi. Alim Bakıda anadan olub.
O, əvvəlcə Nəcəfi-Əşrəfdə məşhur alim Axund Molla Məhəmməd Kazım Xorasani və başqalarından təhsil alıb. Sonra Şeyx Hindistana köçüb və Rampur şəhərində sakin olub. Zaman keçdikсə o, diyarın alimləri və yerli əhalinin arasında hörmət qazanıb. Alim ömrünün sonuna kimi bu şəhərdə şəriəti təbliğ edib.
Şeyx Əbdurrəhman Bülbül Badkubeyi 1968-ci ildə Rampur şəhərində vəfat edib və Cənab Aliyyə məqbərəsində dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.