Qədir-Xum bayramı münasibətilə italyan dilində ilk dua kitabçası nəşr edilib. Bu barədə iyulun 21-i İQNA xəbər verib.

“Nurun pilləkənləri” adlı kitabça İtaliyanın İmam Mehdi (ə.f) İslam İnstitutu tərəfindən çap olunub.

Kitab özündə İmam Əliyə (ə.s) nisbət verilən məşhur duaları əks etdirir.

Duaların arasında “Sabah” duası, “Kumeyl” duası və İmam Əlinin (ə.s) münacatı kimi dualar mövcuddur. Dualar həm ərəb dilində, həm də italyan dilində yazılıb. Kitabçada həmçinin, duaların qısa izahı da var.

İmam Mehdi (ə.f) İslam İnstitutu 2004-cü ildən bəri İtaliyada fəaliyyət göstərir.