İmam Hüseynin (ə.s) hərəminə piyada gedən ən yaşlı qadın yolda həyatını dəyişib. Bu barədə Shiawaves xəbər verib.

Bildirilir ki, həmin qadının 100-dən çox yaşı var idi və onun adı Ümmü Mizhardır. 15 ildən artıqdır ki, o, məhərrəm ayında İmam Hüseyni (ə.s) ziyarət etmək üçün İraqın Bələdruz şəhərindən Kərbəlaya piyada gəlir.

Qeyd edək ki, Bələdruz şəhəri Kərbəladan təxminən 200 kilometr məsafədə yerləşir.