2022-ci ilin birinci yarımilinin adlar üzrə statistikası məlum olub. Statistikaya əsasən, son yarım il ərzində uşaqlara daha çox dini adlar verilib.
Belə ki, doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə ən çox verilən 5 ad sırasında Əli, Uğur, Yusif, Hüseyn və Məhəmməd, qadın cinsindən isə Zəhra, Zeynəb, Aylin, Məryəm, Fatimə adları yer alıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin son verdiyi məlumata görə, 2022-ci ildə 5 ay ərzində 50 239 körpə doğulub.