Bu gün, iyulun 22-si Meysəm Təmmar ibn Yəhyanın şəhadətinin ildönümüdür.  Meysəm Təmmar hicrətin 60-cı ilində zilhiccə ayının 22-si şəhid olmuşdur.

“Təmmar” – “Xurmasatan” ləqəbi ona Kufədə xurma satdığı üçün verilmişdir. Meysəmin künyası Əbu-Salim idi. İmam Əli (ə.s) ona xurma ağacını göstərib, onun məhz bu ağacdan asılacağını xəbər verib. Meysəm tez-tez bu ağacın kənarında namaz qılardı.

Həccdən Kufəyə qayıdarkən onu həbs edib, Kufə şəhərinin valisi Ubeydullah ibn Ziyadın yanına gətirirlər. İbn Ziyad bilirdi ki, Meysəm İmam Əlinin (ə.s) yaxınlarından idi. Ubeydullah Meysəmə Həzrət Əliyə lənət oxumasını əmr etdi: “Əgər Əlini lənətləməsən, əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən”.

Meysəm dedi: “And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad qərara qəlib ki, Meysəmin əl-ayağını kəsəcək, dilini isə kəsməyəcək ki, həm Meysəmin, həm də Həzrət Əlinin yalanı ortaya çıxsın. (“Biharul-ənvar”, c.42, s.124.)

Ağacdan asıldıqdan sonra insanlar Meysəmin ətrafına toplaşıb, onun İmam Əli (ə.s) barədə dediklərini dinləyirdi. Buna qəzəblənən ibn Ziyad Meysəmin ağzına cilov taxılmasını və onun dilinin kəsilməsini əmr etdi.

Günahkar qadının oğlu Übeydullah ibn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim”. Bu sözlərdən sonra Meysəmin dilini kəsdilər.

Meysəm Təmmar İraqın Nəhrəvan məntəqəsində anadan olub. Meysəm əvvəlcə bir qadının qulamı idi. İmam Əli (ə.s) onu həmin qadından alıb və azad edib. O, Kufə şəhərinə köçərək orada xalq arasında hörmət sahibi idi.

Meysəmin ömrünün son illərində İmam Əlinin (ə.s) fəzilətlərindən danışmaq qadağan idi. Buna baxmayaraq o, Həzrətin məqamından danışar, onun sözlərini xalqa çatdırardı.