İyulun 21-i Şəmkirdə “Azercell” şirkətinin nümayəndələri məscidin qarşısında rəqs ediblər. Bu, sosial şəbəkələrdə istifadəçilərin narazılığına səbəb olub.
“Azercell” ölkənin bölgələrində düşərgə salaraq “Bölgələrə daha yaxın” şüarı altında kampaniya keçirir. Kampaniya çərçivəsində onlar diskoteka tipli mahnıları qoşaraq rəqs edirlər. Şirkət işçiləri Şəmkirdə düşərgəni məhz Cümə məscidinin qarşısında salmaq qərarına gəliblər. Sosial şəbəkənin istifadəçiləri bunu Allahın evinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Bildirilir ki, bu hadisə ilk dəfə baş vermir.