İmam Hüseyn (ə.s) hərəmi məhərrəm ayına hazırlıq işlərinə başlayıb. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.
Hərəmin emalatxanasında “Ya Hüseyn” yazısı ilə günbəzin bayrağının tikilməsinə başlayıblar. Bayrağın eni 3.80 metr, uzunluğu isə 3 metr təşkil edir. Bayrağın hazırlanmasında ən yaxşı parçadan istifadə olunduğu qeyd edilib.
Qeyd edək ki, QMİ-dən verilən məlumata əsasən, məhərrəm ayının ilk günü iyulun 30-na təsadüf edəcək.