İyulun 20-də İmam Əli (ə.s) hərəmində kimsəsiz uşaqlar üçün bayram yürüşü təşkil olunub. Bu barədə imamali.net xəbər verib.

Məlumata görə, tədbir 500 kimsəsiz uşağın iştirakı ilə həyata keçirilib. Yürüşün əsas məqsədi azyaşlılar arasında Qədir-Xum gününün tanıtdırılmasıdır.

Məclisdə iştirak üçün uşaqlara xüsusi geyim forması paylanıb. Daha sonra iştirakçılar birlikdə Əminullah ziyarətnaməsini oxuyublar. Onlara hətta məşhur Əhli-Beyt (ə.s) məddahı Nəzər Əl-Qətari də qoşulub. Sonda isə azyaşlılara ehsan süfrəsi açılıb.

İyulun 18-dən müsəlmanlar Qədir-Xum bayramını qeyd edirlər. Bununla əlaqədar məsumların (ə.s) hərəmlərində müxtəlif bayram tədbirləri təşkil olunur.