Bu gün, iyulun 21-də İranın Mazandaran şəhərindən bu ilin ilk Ərbəin karvanı Kərbəlaya doğru yola düşüb. Bu barədə shiawaves xəbər verib.

Məlumata görə, zəvvarlar Mazandarandan Kərbəlaya olan yolu piyada qət edəcəklər.

Bu il məhərrəm ayının ilk günü iyulun 30-na təsadüf edəcək. Aşura günü avqustun 8-də, Ərbəin isə sentyabrın 17-də qeyd ediləcək.