Ayətullah Nasiri reanimasyadan adi palataya köçürüləcək. Bu barədə iyulun 20-də hawzahnews xəbər verib.
Hazırda alimin səhhətinin stabil olduğu bildirilib. Həkimlər fəqihin vəziyyətinin yaxşıya doğru irəlilədiyini və belə gedərsə, onun reanimasiyadan adi palataya köçürüləcəyini qeyd ediblər.
Lakin alimin oğlu atasının hələ danışa bilmədiyini deyib. Onun sözlərinə görə, Ayətullah Nasiri ətrafdakı insanları eşidir və onlara cavab olaraq gözlə işarə edir. Buna baxmayaraq, alimin səs tonu hələ də alçaqdır və onun danışmaq üçün yetərincə taqəti yoxdur.
Məlumata görə, alim bir müddətdir ki, ağciyər infeksiyasından müalicə alırdı. O, iyulun 4-də səhhətinin pisləşməsi ilə əlaqədar reanimasiya şöbəsinə yerləşdirilib.