Bu gün, iyulun 21-də QMİ sədri Allahşükür Paşazadə Gürcüstana səfər edib. Səfər çərçivəsində Şeyxülislamın Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşü nəzərdə tutulub. Bu barədə APA xəbər verib.
Verilən məlumata görə, sədri Gürcüstan hava limanında hökumət rəhbərliyi və din xadimləri qarşılayıb. Səfərin iyulun 23-dək davam edəcəyi bildirilib.