ABŞ-nin Nyu-York ştatındakı boş qalmış kilsə məscid kimi fəaliyyət göstərəcək. Bu barədə Shafaqna xəbər verib.
“Nassau İslam Mərkəzi” adlı müsəlman təşkilatı 2021-ci ildə oranı alaraq abidədən məscid kimi istifadə etmək qərarına gəlib. Qeyd olunub ki, məscidə maşınla gələn ziyarətçilər üçün əlavə parklanma məkanı da alınıb. Təşkilat keçmiş kilsənin bütün dini atributlarını yerli müzeyə təhvil verəcək.
Qeyd edək ki, kilsə 1904-cü ildə inşa edilib. 2019-cu ildə isə kilsəyə qədim abidə statusu verilib.