Bazar günü axşam Zambiyanın paytaxtı Lusakada Qədir-Xum bayramı keçirilib. Bu barədə iyulun 20-si İQNA xəbər verib.

Mərasimə Zambiyada yaşayan bir qrup vətəndaş və müxtəlif millətlərdən olan insanlar qatılıb. Məclisdə müsabiqələr və proqramlar keçirilib, məddahlar Əmirəlmöminin (ə.s) fəzilətlərini zikr edib, şagirdlər isə surud oxuyublar.