Məhəmməd Əbdürrəhman adlı gənc 7 saat ərzində heç bir səhvi olmadan Quranı oxuyub və bununla da, yeni rekorda imza atıb. Bu barədə iyulun 20-si İQNA xəbər verib.
Məhəmməd Əbdürrəhman bildirib ki, onun ailə üzvlərinin hamısı Quranı əzbər bilir və o, belə ailədə böyüyüb. O, 9 yaşında ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Quranı bütünlüklə əzbərləyib.
Misirli gənc qeyd edib ki, ayələr bir-birinə çox oxşayır. Buna görə Quranı əzbərləmək sahəsində təkrarlamaq ən vacib məqamdır.