Kəbənin yeni örtüyünün – kisvanın hazırlanması prosesindən yeni şəkillər dərc olunub.

İQNA-dan verilən məlumata görə, kisva 6 ay ərzində ən yaxşı dərzi və sənətkarlar tərəfindən Məscidul-Həramın xüsusi emalatxanasında hazırlanıb. Kisvanın tikilməsində ipək parça, 150 kq qızıl və gümüş sapdan istifadə olunub.

Kəbə evinin qara örtüyü 670 kiloqramdır və 658 kvadratmetrdir. Örtük ildə bir dəfə, Ərəfə günü 80 nəfər insan tərəfindən dəyişdirilir və bu işin görülməsinə 25 milyon rial (11 milyon azn-dən çox) pul xərclənir.

Şəkillər: İQNA.ir