Bu ziyarətnamə İmam Museyi-Kazimin (ə.s) uzaqdan ziyarəti üçün oxunur.

Oxunuş qaydası:

Əssəlamu ələykə ya vəliyəllah vəbnə vəliyyih , əssəlamu ələykə ya huccətallahi vəbnə huccətih, əssəlamu ələykə ya səfiyəllah vəbnə səfiyyih,əssəlamu ələykə ya əminəllahi vəbnə əminih, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə ya imaməl huda, əssəlamu ələykə ya ələməd din vət tuqa, əssəlamu ələykə ya xaziinə ilmin nəbiyyin, əssəlamu ələykə xazinə ilmil mursəlin, əssəlamu ələykə ya nabiəl əvsiyais sabiqin, əssəlamu ələykə ya mə”dinəl vəhyil mubin, əssəlamu ələykə ya sahibəl ilmil yəqin, əssəlamu ələykə ya əybətə ilmil mursəlin, əssəlamu ələykə əyyuhəl imamus salih, əssəlamu ələykə əyyuhəl imamuz zahid, əssəlamu ələykə əyyuhəl imamul abid, əssəlamu ələykə əyyuhəl imamus seyyidur rəşid, əsəlamu ələykə əyyuhəl məqtuluş şəhid, əssəlamu ələykə yəbnə rəsulillahi vəbnə vəsiyyih, əssəlamu ələykə ya məvlayə Musəbnə Cə”fəri və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə qəd bəlləğtə ənillahi ma həmmələkə və hafizət ma istəvdəək, və həlləltə həlaləllahi və hərrəmtə həraməllah, və əqəmətə əhkaməlahi və tələvtə kitabəllahi və səbərtə ələl əza fi cənbillah, və cahətdə fillahi həqqə cihadihi hətta ətakəl yəqin, və əşhədu ənnəkə məzəytə əla ma məza ələyhi abaukət tahirun , və əcdadukət təyyibunəl əvsiyaul hadunəl əmimətul məhdiyyun , ləm tu’ sir əmən əla huda, və ləm təmil min həqqin ila batil, və əşhədu ənnəkə nəsəhtə lillahi və li rəsulihi və lə əmiril mu’minin, və ənnəkə əddəytəl əmanətə vəctəbtəl xiyanətə və əqəmtəs səlatə və atəytəz zəka, və əmərtə bil mə’rufi vəhəytə ənil munkər, və əbədtəllahə muxlisən muctəhidən muhtəsibən hətta ətakəl yəqin, fəcazakəllahu ənil islami və əhlihi əfzələl cəzai və əşrəfəl cəza, ətəytukə yəbnə rəsulillahi zairən arifən bihəqqikə muqirrən bi fəzlik, muhtəmilən liilmikə muhtəcibən bi zimmətik, aizən biqəbrikə laizən bi zərihik, mustəfşiən bikə iləllah, muvaliyən li əvliyaikə muadiyən li ə’daik, mustəbsirən bi şə’nikə və bil hudəlləzi əntə əleyh, alimən bi zəlaləti mən xalafəkə və bil əməlləzi hum ələyh, biəbi əntə və ummi və nəfsi və Əhli və mali və vuldi, yəbnə rəsulillahi ətəytukə mutəqərribən bi ziyarətikə iləllahi təala, və mustəşfiən bikə ileyh, fəşfə’ li ində rəbbik, liyəğfirə li zunubi və yə’fuvə ən curmi, və yətəcavəzə ən səyyiati, və yəmhuvə ənni xətiati, və yudxilənil cənnətə və yətəfəzzələ ələyyə bima huvə əhluh, və yəğfirə li və li əbai və li ix vani və əxəvati və li cəmiil mu’mininə və mu’minat, fi məşariqil ərzi və məğaribiha, bi fəzlihi və cudihi və mənnih.

Tərcüməsi:

Salam olsun sənə ey Allah vəlisi və Allah vəlisinin oğlu. Salam olsun sənə ey Allahın höccəti və Allahın höccətinin oğlu. Salam olsun sənə ey Allahın seçdiyi və Allahın seçdiyinin oğlu. Salam olsun sənə ey Allahın əmanətdarı və Allahın əmanətdarının oğlu. Salam olsun sənə ey Allahın yer üzünün zülmətlərindəki nuru. Salam olsun sənə ey hidayət imamı. Salam olsun sənə ey din və təqva nişanəsi. Salam olsun sənə ey nəbilərin elminin xəzinədarı. Salam olsun sənə ey mürsəllərin elminin xəzinədarı. Salam olsun sənə ey sabiq ilahi canişinlərin naibi. Salam olsun sənə ey mubin vəhy mədəni. Salam olsun sənə ey elmi yəqin sahibi. Salam olsun sənə ey mürsəl peyğəmbərlərin elminin xəzinədarı. Salam olsun sənə ey saleh imam. Salam olsun sənə ey zahid imam. Salam olsun sənə ey abid imam. Salam olsun sənə ey rəşid və seyyid imam. Salam olsun sənə ey şəhid, ey qətlə yetirilmiş. Salam olsun sənə ey Allah rəsulunun və onun canişinin oğlu. Salam olsun sənə ey mənim mövlam, ey Musəbnə Cəfər Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, Allahın sənə verdiyi vəzifəsini lazımınca yerinə yetirib, səndə əmanət qoyduğu şeyi hifz etdin. Allahın halalını halal, haramını haram etdin. Allah hökmlərini icra edib kitabını tilavət etdin. Allah yolunda gördüyün əziyyətlərə səbr etdin. Əcəlin gəlib çatana qədər Allah yolunda layiqincə cihad etdin. Şəhadət verirəm ki, sən bu dünyadan pak ata-babaların hidayət olunmuş və hidayət edən imamlar, pak vəsilər olan əcdadın kimi getdin. Heç vaxt korluq yolunu hidayətdən irəli keçirmədin, heç vaxt haqdan batilə meyl etmədin. Şəhadət verirəm ki, həqiqətən sən Allaha, onun rəsuluna, əmirəlmomininə xatir xalqa nəsihət etdin. Həqiqətən sən ilahi əmanətin haqqını əda edib ona xəyanət etməkdən çəkindin. Namazı dirçəltdin, zəkat verdin, yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirdin, ömrünün axırına kimi Allaha ixlasla, səylə, ondan savab ümidilə ibadət etdin. Allah İslam və islam əhlinin tərəfindən sənə ən fəzilətli və ən şərəfli xeyir əvəzi versin. Ey Allah rəsulunun oğlu, mən sənin qapına gəlmişəm, haqqına arif olub, fəzilətinə iqrar edir, elmini daşıyır, sənin himayənə sığınır, qəbrinin zərihinə pənaha gətirən halda sənin vasitənlə Allahdan şəfaət diləyirəm. Dostlarınızla dost, düşmənlərinizlə düşmənəm. Sənin üzərində olduğun hidayətdən agaham, səninlə müxalifət edənin zəlalətdə, onların korluqda olduğuna agaham. Ata-anam, canım, əhli-əyalım, malım, övladım sənə fəda olsun. Ey Rəsulullahın övladı! Sənin qapına gəlmişəm və sənin ziyarətinlə Allah-təalanın dərgahına yaxınlaşır, Allah dərgahından şəfaət istəyirəm. Allah yanında mənə şəfaət et ki, günahlarımı bağışlasın, təqsirlərimi əfv edib pis əməllərimdən keçsin, xətalarımı pozub məhv edərək, məni Cənnətə daxil etsin, Öz istədiyi kimi mənə lütf etsin, Öz fəzli, ehsan və minnəti xatirinə məni, ata-babalarımı, qardaşlarımı, bacılarımı və yer üzünün məşriq və məqriblərində olan bütün mömin və möminələri bağışlasın. Salam olsun sənə ey mövlam, ey Musəbnə Cəfər. Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən hidayət edən imam, murşid, vəli, tənzilin mədəni, təvilinin sahibi, Tövrat və İncilin hamili adil, sadiq və əməl edən alimsən.Ey mənim mövlam, mən Allaha sizin düşmənlərinizdən pənah aparıb onlardan bezarlıq edir, sizə məhəbbət bəsləməklə Allah dərgahına yaxınlaşıram. Allahın salavatı olsun sənə, sənin ata-babalarına, əcdadına və övladlarına, şiələrinə və səni sevənlərə. Allahın rəhmət və bərəkəti olsun sənə