Şeyx Məzahir 1911-ci ildə Bakının Nardaran kəndində ruhani ailəsində anadan olub.
O, ilk təhsilini atası Kərbəlayi Rəsulidən alıb. Bundan sonra, o, Nardarandakı mədrəsədə sonra isə Bakıda mədrəsəyə qəbul olunur. Bir müddət sonra təhsilini davam etdirmək üçün İranın Məşhəd şəhərinə səfər edir. Bu şəhərdə elmi hövzələrin birinə daxil olub yüksək dərəcədə elmə yiyələnir. Məşhədi Məzahir təhsilini bitirdikdən sonra Bakıya qayıdır.
Buraya gəldikdən sonra onun ilk məqsədi İslam məktəbini yaratmaq və İslam dini elmlərini tədris etmək olur.
Sovet dövründə alim təqiblərə məruz qalıb. Məşhədi Məzahir dini fəaliyyətinə görə ittiham edilir və 1937-ci ildə həbs olunur. Alimi Sibirin Maqadan şəhərinə sürgün edirlər.
Onun həbs müddəti bitdikdən sonra, 1953-cü ildə Şeyx Məzahir azadlığa buraxılır və Azərbaycana qayıdır. 1956-cı ildə Şeyx Məşhədi Məzahir Buzovna qəsəbəsində “Məşədi Qərib” məscidində axund kimi fəaliyyət göstərir və gəncləri İslam elmləri ilə tanış edir.
Axund Şeyx Məzahir 1976-cı ildə Buzovnada vəfat edib və Nardaranda dəfn olunub.
Mənbə:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.