Məscid Ağdaş rayonunun Cardam kəndində yerləşir.

İbadət evi mişar daşından tikilib və səkkizbucaqlı formadadır. Məscidin bir neçə plastik pəncərəsi və taxtadan iki giriş qapısı var. İbadətgahın damı şifer ilə üzlənib. İbadət zalında dördpilləli minbər və mehrab yerləşir. Məscidin damında onguşəli günbəz yerləşir. Günbəz dəmir ilə üzlənib və üzərində aypara ilə ulduz rəmzi var. Məscidin sağ tərəfində mişar daşından minarə ucaldılıb.