Məkkədə 15 gün ərzində zəvvarlara ümumilikdə 12 milyon litr zəm-zəm suyu paylanılıb. Bu barədə İslamNews xəbər verib.
Həcc ziyarəti zamanı 3 milyon su qabında zəm-zəm suyu paylanılıb. Həmçinin bildirilir ki, zəvvarlar 40 litrlik su qablarından da istifadə edə biliblər. Suyun paylanmasında 1150 nəfər, 80 elektromobil və robot iştirak edib.
Bu il 900 minə yaxın müsəlman Həcc ziyarətini yerinə yetirib. Koronavirus pandemiyası başlayandan bəri ilk dəfədir ki, ziyarət əcnəbilərin iştirakı ilə baş tutub.